Azərbaycanda 177474 şəkər xəstəsi var

Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 177 474 nəfər olub. Onlardan 26 398 nəfəri insulindən asılı şəkərli diabet xəstələri, 150 548 nəfəri isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir. Əhalinin hər 100 000 nəfərinə 1 896,7 şəkərli diabet xəstəsi düşür. 2013-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı isə 24 182 nəfər təşkil edib. Onlardan 3 510-u insulindən asılı, 20 426-sı isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

Müəllif | Apa.Tv
Apa.tv