Goranboy və Cəbrayıl istiqamətində atəşkəs pozuldu
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. APA TV-nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.