Azərbaycanda 50 minə yaxın insan qan azlığından əziyyət çəkir

Azərbaycanda 50 minə yaxın insan qan azlığından əziyyət çəkir. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan anemiyalı xəstələrinin sayı 40 903 nəfər olub. Əhalinin hər 100 000 nəfərinə 437,1 anemiyalı xəstə düşür.

2013-cü il ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış anemiyalı xəstələrin sayı 37 435 nəfər təşkil edib.

Əhalinin talassemiya ilə xəstələnməsinə gəlincə bildirilib ki, ötən il müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan talassemiyalı xəstələrin sayı 2 569 nəfər olub. Onlardan 1 545 nəfəri 0-17 yaşlılardır. Bu isə o deməkdir ki, ölkədə 0-17 yaş arasında olanların hər 100 000 nəfərinə 60,6 nəfər talassemiyalı xəstə düşür.

Müəllif | Apa.Tv
Apa.tv