Yaxın iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə bildirib ki, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında mülayim şimal şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 32-37 dərəcə arasında dəyişəcək. Rayonlarda da gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 33-38, dağlarda isə günorta saatlarında 25-30 dərəcə intervalında dəyişəcək.