Ukrayna ordusu İlovayskın bir hissəsini azad etdi

Ukrayna ordusu antiterror əməliyyatlarını davam etdirir. APA TV-nin məlumatına görə, hazırda İlovaysk, Novosvetlovka, Xryaşevatoye, Malonikolayevka, İlliriya və Saur-Moqilı rayonlarında separatçılarla ordu birləşmələri arasında gərgin döyüşlər gedir. Bir neçə gün davam edən döyüşlərdən sonra ordu İlovaysk şəhərinin bir hissəsini separatçılardan təmizləməyə müvəffəq olub. Luqanskaya Stanitsa rayonunda gərginlik qalmaqdadır, separatçılar bu əraziyə çoxlu texnika və canlı qüvvə cəmləşdirərək, itirilmiş mövqeləri geri qaytarmağa çalışırlar. Ukrayna tərəfi döyüşlərdə separatçıların iki “Qrad” qurğusunu, iki zenit-raket kompleksini, bir artilleriyasını, iki minaatanını məhv edib. Separatçıların mövqelərinin müəyyən olunması üçün pilotsuz təyyarələrdən istifadə olunur. Bu təyyarələr separatçıların yerini müəyyənləşdirdikdən sonra həmin ərazilərə dəqiq zərbələr endirilir.

Müəllif | Apa.Tv
Apa.tv