Şirvanda qəza: toqquşan iki maşın yol kənarına aşdı

Şirvanda baş verən qəzada iki avtomobil toqquşub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şirvan sakini Şaiq Həsənov öz avtombili ilə hərəkətdə olarkən, digər sürücü Samir Bağırovun idarə etdiyi minik avtomobili ilə toqquşub. Nəticədə idarəetməni itirən hər iki sürücü magistral yoldan çıxaraq yol kənarında salınmış yaşıllıq zolağına girib. Zərbənin təsirindən yol kənarında xeyli sayda ağac məhv olub. Avtomobillər yararsız hala düşüb. Sürücülərdən Samir Bağırov yüngül bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Apa.tv