Rəsmi Kiyev itkin düşən vətəndaşların siyahısını açıqladı
Ukraynanın Əsirlərin Azad Edilməsi Mərkəzi 22 avqust 2014-cü il tarixi üçün axtarışı aparılan itkin düşmüş şəxslərin siyahısını açıqlayıb. APA TV-nin məlumatına görə, qurumun rəsmi "facebook" səhifəsində yayılan siyahıda 500 nəfərin adı, familiyası, ata adı, doğulduğu tarix və digər zəruri məlumatlar yer alıb. Məlumatda siyahının ölkə prezidenti Petro Poroşenkonun əmri ilə açıqlandığı bildirilir. "Təəssüf ki, bəzi adamlar haqda məlumatlar yarımçıq və ya azdır. Ukraynanın bütün vətəndaşlarından, dövlət və ictimai təşkilatlardan, Ukrayna Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhlükəsizlik İdarəsi və digər qurumlardan, o cümlədən beynəlxalq təşkilatlardan xahiş edirik ki, siyahıda olan və olmayan şəxlərlə bağlı məlumatları dəqiqləşdirməkdə bizə kömək etsinlər" deyə məlumatda qeyd edilir. Bu səbəbdən də onlarda olan bir çox adların məlumat yetərsizliyi səbəbindən açıqlanmadığı bildirilir.