Hava küləkli olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında avqustun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv