Kremlə Ukrayna bayrağı sancmaq istəyənlər tutuldu

Rusiya paytaxtı Moskvanın mərkəzində Ukrayna bayrağı dalğalandırmaq istəyən 5 nəfər saxlanılıb. Buna cəhd edən şəxslər 10 metrlik bayrağı Kremldə daş körpüdən asmaq istəyiblər. APA TV-nin məlumatına görə, həmin şəxslərin kimliyi də müəyyənləşdirilib. Maraqlıdır ki, polis şöbəsinə aparılan Yekatrina Rıjova, Olqa Faleyeva, Nikolay Qluxin, Valeriy Nadejdin və Pavel Kuznetsov adlı şəxslərin hamısı milliyətcə rusdur və Rusiya vətəndaşlarıdır. Rusiyanın "qazeta.ru" saytının verdiyi xəbərə görə, saxlanılan şəxslər əvvəlcə DİN-nin Zamoskovoreçye şöbəsinə aparılıb, daha sonra isə oradan Xamovniki adlanan təcridxanaya köçürülüblər. 

Müəllif | Apa.Tv
Apa.tv