Afrikada tüğyan edən ölüm virusu Türkiyə sərhədlərini aşdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qərbi Afrikadakı Ebola epidemiyasında ölənlərin sayının 1427-yə yüksəldiyini bildirir. APA TV-nin xəbərinə görə, ÜST-nın məlumatında bildirilir ki, 19-20 avqust tarixləri arasında Liberiya, Qvineya, Sierra Leone və Nigeriyada 142 yeni Ebola yoluxması aşkar edilib və 77 adam dünyasını dəyişib. Beləliklə, Liberyada 110 yeni yoluxma 48 ölüm, Qvineyada 28-i 10 ölüm, Sierra Leoneda 3 fakt 18 ölüm, Nigeriyada 1 yeni yoluxma da ölümlə nəticələnib. Bununla da 20 avqusta qədər 2615 yeni Ebola yoluxması aşkar edilib və bunlardan 1427-iölümlə bitib. Bu arada virusun Türkiyə sərhədlərini də aşdığı bildirilir. Nigeriyadan gələn sərnişin təyyarəsində İtaliya vətəndaşının qəflətən halı pisləşib. Təyyarədə 23 yaşlı İtaliya vətəndaşının hərarəti yüksəlib və o qusmağa başlayıb. “Atatürk” hava limanına xüsusi həkim briqadası çağırılıb. Həkimlər halı pisləşən sərnişinin ebola virusuna yoluxmasından şübhələnib və onu üstüörtülü xüsusi xərəkdə təcili tibbi yarım maşınına qoyaraq xəstəxanaya aparıblar. Araşdırmalar nəticəsində məlum olub ki, ebola virusuna yoluxma ehtimalı edilən sərnişinin halı hələ Nigeriyada olarkən pisləşib. Hazırda o, İstanbulda həkim nəzarəti altındadır. 

 

Müəllif | Apa.Tv