Jirinovski: "Rusiyada imperator seçilməlidir"

Rusiya müxalifətinin simalarından biri Vladimir Jirinovski ölkədə bütün siyasi partiyaların fəaliyyətinin dayandırılması təklifi ilə çıxış edib. Siyasətçinin fikrincə ölkədə dərhal monarxiya quruluşuna keçilməlidir. APA TV-nin İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Jirinovski bu təklifi "Seliger" forumunda gənclər qarşısında çıxışı zamanı edib. "Demokratiya bizi məhv edəcək. Biz demokratik şəraitdə yaşadığımız müddətdə sürünəcəyik. Sürünməmək, addımlamaq üçün isə demokratiyadan həmən uzaqlaşmaq və ölkəni imperiya qayda-qanunları ilə idarə etmək lazımdır" deyə o bildirib. Liberal Demokrat Partiyasının lideri əlavə edib ki, demokratiya və çox partiyalılıq zəif ölkələr üçündür. "Bütün partiyalara qadağa! Qoy monarxiya quruluşu bərqərar olsun! Amma seçki yolu ilə! 5-6 min seçmə insanlar yığışıb imperatoru seçsin!" Jirinovski çıxışını bu şüar və təkliflərlə yekunlaşdırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv