Göygöldə ağır qəza: Ölən sürücünün meyiti maşından çətinliklə çıxarıldı

Göygöl rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonunda Bakı-Qazax yolunun 360-cı kilometrliyində “VAZ 2107” markalı minik avtomobili yolun dəmir ara kəsmələrinə çırpılıb. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. “VAZ 2107” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Nağıyev Tural Bəşir oğlu hadisə yerində vəfat edib. Onun cəsədi deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Müəllif | Apa.Tv
Apa.tv