Kiyevdə hərbi parad - GÖRÜNTÜ

Ukraynada 23 fevral bayramı ləğv edilib. Bu barədə Ukraynanın prezidenti Petro Poroşenko müstəqillik günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ukrayna bir daha qonşu ölkənin bayramını qeyd etməyəcək. O qeyd edib ki, bu gündən etibarən Ukrayna yalnız öz bayramlarını qeyd edəcək.

 

Xatırladaq ki, bu gün Ukraynanın müstəqili günüdür. Bu münasibətlə Azadlıq Meydanında parad keçirilib. Parad zamanı 40 adda hərbi texnika, o cümlədən yeni nəsil zirehli  transportyorlar nümayişə çıxarılıb. Paraddan dərhal sonra onlar döyüş bölgəsinə yollanacaqlar. Paradda Ukrayna Silahlı Qüvvələri şəxsi heyətinin 1500  üzvü iştirak edib. Bu gün münasibətli ilə Petro Poroşenkonu ABŞ prezidenti Barak Obama da təbrik edib. 

Müəllif | Apa.Tv
Apa.tv