Rusiya vətəndaşı Səbaildə qəza törədib

Bakının Səbail rayonunda Rusiya vətəndaşı qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Teymur Elçin küçəsində qeydə alınıb.  "M 582 KU" Rusiya nömrəli "Vaz 2112" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı daş maniəyə çırpıb. Nəticədə avtomobilin ön hissəsi yararsız hala düşüb. Sürücü isə, hadisə yerini tərk edib. Əraziyə Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsinin əməkdaşları cəlb olunub.  Avtomobil cərimə meydançasına aparılıb. Yol polisindən APA TV-yə verilən məlumata görə, hadisə yerini tərk edən sürücü axtarışa verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv