Bakıda qırda batan inək xilas edilib

Bakıda qıra bataraq köməksiz vəziyyətdə qalan inək xilas edilib. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.  Pəhlivan Fərzəliyev küçəsi, ev 94 ünvanında köməyə ehtiyacı olan heyvan faktorunun olması barədə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə məlumat daxil olub. Daxil olmuş əməliyyat məlumatına əsasən, Xətai rayonu üzrə xilasedicilər qrupu hadisə  yerinə  çıxıblar.

Hadisə  yerində  əməliyyat  şəraiti  qiymətləndirilərkən  məlum  olmuşdur  ki, bir baş iri buynuzlu heyvan fərdi yaşayış massivinin ərazisində qır tullantıları olan ərazidə batıb və köməksiz vəziyyətdə qalıb. Heyvan sahibinin və vətəndaşlar tərəfindən çıxarılması mümkün olmadığı  üçün  köməklik  məqsədilə  "112"  xidmətinə  müraciət  edilib.

Xilasedicilər xüsusi alpinist xilasetmə avadanlıqlarından istifadə etməklə iri buynuzlu heyvanı  xilas  edərək  sahibinə  təhvil   veriblər.

Müəllif | Apa.Tv