Qafqaz Universitetinin tələbəsi dənizdə boğuldu

Lənkəranda daha bir suda batma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, Bakı şəhər sakini, 21 yaşlı Amil Vüqar  oğlu Əsgərov Xəzər dənizinin Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində, dənizin nəzarət olunmayan hissəsində çimərkən boğulub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri cəlb olunublar. Onların 2 saatlıq səyləri nəticəsində Vüqar Əsgərovun cəsədi batdığı yerdən 100 – 150 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, Qafqaz Universitetinin tələbəsi olan mərhum Amil Əsgərov bir neçə gün öncə Lənkərana istirahətə gəlibmiş.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv