Sürücü aereport yolunda qəza törədib qaçdı

Bakının Sabunçu rayonunda  yüksək sürət qəzaya səbəb olub.  APA TV- nin məlumatına görə, hadisə aereport yolunda qeydə alınıb. "Mercedes" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirərək avtomobili dəmir ara kəsmələrə çırpıb. Sürücü xəsarət almasa da, avtomobili yararsız hala düşüb.  Qəzadan sonra "Mercedes"in sürücüsü hadisə yerini tərk edib. Olay yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon şöbəsinin əməkdaşları cəlb olub. "Mercedes" evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

Sürücüsü isə polis tərəfindən axtarışa verilib.

 

Müəllif | Apa.Tv