Azərbaycanda zəlzələ baş verib
Azərbaycanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ avqustun 25-də yerli vaxtla saat 03:23-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanlar Şahbuzdan 11 kilometr qərbdə baş verib. Yeraltı təkanın maqnitudası 3,2 bal, dərinliyi 10 kilometr olub. Zəlzələ hiss olunmayıb.