Dələduz "jurnalist" yaxalanıb

Biləsuvarda jurnalist dələduzluq əməlinə görə yaxalanıb. Bəydilli kənd sakini Ceyran Ağacan qızı İslamova polis şöbəsinə ərizə ilə müraciət edərək, Fikrət Abbaszadə adlı şəxsin onun 160 manat pulunu mənimsənildiyini bildirib.  Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqla məşğul olan,  jurnalist və insan hüquqlarının müdafiəçisi kimi “fəaliyyət” göstərdiyini iddia edən Yardımlı rayon sakini, hazırda Bakı şəhərində yaşayan 47 yaşlı Fikrət   Şükürağa oğlu Abbaszadə yaxalanıb. Məlum olub ki, Fikrət Abbaszadə ayrı-ayrı vaxtlarda  Biləsuvarda və qonşu rayonlarda vətəndaşları aladadaraq  işə düzəltmək, pozulmuş hüquqları bərpa etmək və boşanmış ailələrə  hüquqi yardım göstərmək adı ilə onlardan pul alaraq mənimsəyib.

 

Saxlanılan şəxs əməllərinə görə özünə haqq qazandırmağa çalışıb.

 

Polis şöbəsində saxlanılan Fikrət Abbaszadənin üstündən “Tolerant Azərbaycan” ictimai-siyasi, hüquq qəzetinin və İnsan Hüquqları Müdafiə Mərkəzinin vəsiqələri çıxıb.

 

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də  törətdiyi eyni cinayət əməlinə  görə 4 il azadlıqdan məhrum olunub.

 

Müəllif | Apa.Tv