Real Madrid Anxel di Marianı fantastik məbləğə "Manşester Yunayted"ə satdı
Argentina yığmasının İspaniyanın Real Madrid klubunda çıxış edən yarımmüdafiəçi Anxel di Maria fantastik məbləğə İngiltərənin Mançester Yunayted komandasına transfer olunub. 26 yaşlı futbolçuya görə Kral klubu büdcəsini zənginləşdirəcək. Real Madrid di Marianın satışından 75 milyon avro qazanacaq. Bundan əlavə Madrid klubu daha 15 milyonu müqavilədə nəzərdə tutulmuş bonus variantından əldə edə bilər. APA TV-nin İspaniyanın Maqs nəşrinə istinadən verdiyi məlumatına görə, di Maria Mançesterə avqustun 25-də bazar ertəsi yola düşəcək. Qarşıdakı iki gün ərzində isə onun "qırmızı şeytanlar"ın sıralarına qoşulması barədə rəsmi məlumat veriləcək. Manşester Yunayted-in heyətində argentinalı mövsümə 8 milyon avro qazanacaq. Anxel di Maria yeni klubda 7 nömrəli futbol maykasını geyinəcək.