Hava yeniden isinir

Avqustun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, gecə və səhər yarmadanın bəzi yerlərində zəif duman gözlənilir. Gündüz cənub şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Bölgələr də əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40 dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.  Abşeron yarmadasında temperatur diskonfortu, bəzi saatlarda durğun hava şəraiti və rütubətin çox olması metohəssas insalar üçün alverişsizdir. Hidrometeoroloqlar günorta saatlarında uzun müddət açıq havada qalmamağı məsləhət görür. 

Müəllif | Apa.Tv
Apa.tv