Biləsuvarda qanlı dava: 28 yaşlı oğlan qətlə yetirildi

Biləsuvarda qətl hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Çaylı kəndində qeydə alınıb. Kənd sakini, 24 yaşlı Kamran Kamal oğlu Hüseyinli ilə həmkəndlisi, 28 yaşlı Elşən Təzəxan oğlu Astanov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

 

Daha sonra gənclər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib.  Bu zaman Kamran üzərindəki bıçaqla Elşənin sinə nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Yaralı kənd sakinləri tərəfindən  xətəxanaya aparılarkən çoxlu qan itirdiyindən yolda keçinib. Daha sonra Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılan meyit burada daxili və xarici müayinədən sonra yaxınlarına təhvil verılıb. Hadisəni törətmiş Kamaran Hüseynli isə polis tərəfindən yaxalanaraq, istintaq orqanlarına təhvil verilib. Faktla baglı Biləsüvar rayon Prokurorluğunda qəsdən adamöldurmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv