Uşaqlardan ibarət cinayətkar dəstə yaxalandı

Suraxanı rayonunda yeniyetmələrdən ibarət dəstə yaxalanıb. RPİ 32-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq və qarətlə məşğul olan 5 nəfər saxlanılıb.Bunlar İbrahim Sultanov, Kamal Kommiyev, Kamran Hasilov, Cavanşir Cəfərov və Neman Feyzullayevdir. Dəstə üzvlərinin ən böyüyünün 17 yaşı bu ilin dekabrında tamam olacaq. Müəyyən edilib ki, onlar iyulun 27-nə keçən gecə Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yerləşən, Həmzə Məmmədova məxsus mağazadan, avqustun 11-ə keçən gecə C.Qurbanov küçəsində yerləşən, Fərid Mahmudzadəyə məxsus çay evindən, avqustun 21-də isə Qaraçuxur qəsəbəsində yerləşən, Vidadi Gülməmmədova məxsus kafedən oğurluq ediblər. Vətəndaşlara dəyən ziyanın məbləği hələlik açıqlanmır. Polisdən bildiriblər ki , adıcəkilən şəxslərin analoji cinayət hadisələrində iştrakı istisna olunmur. 

 

Faktı BŞBPİ-dən APA TV-yə xəbəri təsdiqləyiblər.   

Müəllif | Apa.Tv