Gəncədə sərnişin avtobusu "Mercedes"lə toqquşdu, yaralanan var

Gəncə şəhərinin mərkəzində minik maşını ilə sərnişin avtobusu toqquşub.  APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, bir nəfərin yaralanması ilə nəticələnən qəza bu gün saat 15 radələrində Nizami küçəsi ilə və Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Tovuz sakini, 51 yaşlı Bahəddin Əşrəfovun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə Gəncə sakini, 40  yaşlı Fazil Qasımovun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusu  toqquşub.

 

Xöşbəxtlikdən avtobusda olan sərnişinlər xəsarətsiz ötüşüblər. “Mercedes”in sürücüsü isə yüngül yaralanıb və ona müvafiq tibbi yardım göstərilib. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli