Ukrayna parlamenti buraxıldı, yeni seçkilər təyin edildi
Ukrayna prezidenti Petro Poroşenko Ali Radanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar verib.
Bu barədə “Twitter “ səhifəsində prezidentin mətbuat katibi Svyatoslav Tseqolko məlumat yayıb: “Prezident Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb, çünki bu yeganə düzgün və məsuliyyətli qərardır”.
Mətbuat katibinin sözlərinə görə, Petro Poroşenko demokratik siyasi qüvvələri seçkilərə vahid Ukrayna və Avropa meyilli komanda qismində getməyə çağırıb.
Ukrayna prezidenti Petro Poroşenko isə bəyan edib ki, yeni parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.