İraqda silsilə partlayışlar: 40-dan çox ölü

İraqda ötən gün törədilmiş bir neçə partlayış nəticəsində azı 43 nəfər ölüb.

 

Bağdadda məsciddə törədilmiş partlayış nəticəsində 12 nəfərin həlak olduğu bildirilirdi. Bu partlayışdan sonra Bağdad, Kərbəla və Əl Hillə şəhərlərində daha bir neçə terror aktı törədilib. Partlayışlar nəticəsində, ümumilikdə, 90-dək insan yaralanıb. 

 

Terrorçu-intiharçı İraq paytaxtının şərqində şiələrin toplantısı zamanı terror aktını həyata keçirib.

 

Paytaxtın cənubundakı Əl-Hillə şəhərində isə iki maşın partladılıb.

 

Kərbəlada terror aktı bomba quraşdırılmış avtomobillərlə törədilib.

Müəllif | Apa.Tv
Apa.tv