Müdafiə naziri Rumıniyaya səfər edəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rumıniya milli müdafiə naziri Mirça Duşanın dəvəti ilə sabah bu ölkəyə səfər edəcək.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə ediləcəyi planlaşdırılır. Səfər avqustun 28-dək davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv