Tovuz rayon Mərkəzi Xəstəxanasında insident baş verib

Ötən gecə Tovuz rayon Mərkəzi Xəstəxanasında insident baş verib. APA Tv-nin məlumatına görə, əli kəsilmiş vəziyyətdə xəstəxanaya çatdırılan Qovlar sakini, 48 yaşlı Sadiq Əhmədov həkimlərin ona yardım etmədiyini əsas gətirərək tibb ocağının qapı və pəncərəsini sındırıb.

 

Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra yaralını sakitləşdirmək mümkün olub. Zərərçəkənin qohumları bildirir ki, həyətində işləyərkən xəsarət alan Sadiq Əhmədovu xəstəxanaya çatdırsalar da, növbətçi həkim yerində olmayıb. Sadiq Əhmədov baş həkimlə görüş tələb etdiyini, sözünü dedikdən sonra xəstəxananı tərk edəcəyini deyib.
Baş verən hadisə ilə bağlı xəstəxananın baş həkiminin müavini Mahirə Quliyeva bildirib ki, iş vaxtı yerində olmayan həkim cəzalandırılacaq.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli