Xaçmazda ata oğlunu bıçaqladı

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, ata oğlunu bıçaqlayıb. Hadisə avqustun 26-da Xaçmaz rayonunun Hacıməmməd-oba kəndində qeydə alınıb. Kənd sakini Rasim Məmmədov oğlu Kamranın evinə qonaq gəlib. Daha sonra ata ilə oğlu arasında mübahisə düşüb və ata oğlunu bıçaqlayıb.

 

Hadisədən sonra xəsarət alan şəxs özü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gəlib. Əməliyyat olunan Kamran Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicəsini davam etdirir. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rasim Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan