Pyotr Poroşenko: "Qərar verməliyik"

"Bu gün Minskdə dünyanın, Avropanın taleyi həll olunur".

 

APA TV-nin xəbərinə görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Minskdə başlayan Ukrayna-Avropa İttfaqı, Rusiya-Belarus və Qazaxıstan-Avrasiya üçlüyünün görüşündə deyib: "Biz birlikdə vahid doğru qərara gəlməliyik. Bu qərardan dünyanın taleyi asılıdır. Mən istərdim ki, biz bu gün bir çox vacib məsələlərdə, xüsusilə də bütün dünya ölkələrinin, o cümlədən Ukraynanın suverenlik ərazi bütövlüyünə hörmət məsələsində vahid bir fikrə gələk".

 

Xatırladaq ki, görüşdə Ukrayna, Rusiya, Belarus və Qazaxıstan prezidentləri Pyotr Poroşenko, Vladimir Putin, Aleksandr Lukaşenko və Nursultan Nazarbayev, həmçinin Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton, avrokomissarlar Günter Ottinger və Karl de Lux iştirak edir. Görüşdə tərəflər Donbassdakı hərbi münaqişənin həlli ilə bağlı razılığın əldə edilməsi, o cümlədən Ukraynanın Avropa İttifaqı ilə imzaladığı assosiativ saziş çərçivəsində energetika və ticarət sahəsində danışıqların aparılması planlaşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv