BMT-nin Ukrayna hesabatı: 2249 ölü

BMT-nin hesablamalarına görə, Ukraynanın şərqində silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 2249-a çatıb, yaralıların sayı isə 6033 nəfər təşkil edib.

 

APA TV-nin məlumatına görə, bu barədə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsində bildiriblər. 

 

“Silahlı qarşıdurma nəticəsində ölən və yaralananların sayı daim artır”, deyə idarənin mütəxəssisləri bildirib.  

Müəllif | Apa.Tv