İsrail və “HƏMAS” razılığa gəldilər

Fələstin nümayəndə heyəti Qəzza zolağında bir aylıq atəşkəs rejiminin tətbiq olunmasına razılıq verib.

 

 APA TV-nin məlumtına görə, bir aylıq atəşkəs təklifi Misir vasitəçiləri tərəfindən irəli sürülüb.

 

Fələstin prezidenti Mahmud Abbasın atəşkəs barədə rəsmi elan edəcəyi gözlənilir.

 

“HƏMAS” atəşkəsin şərtlərini qəbul etməyə artıq hazır olduğunu bəyan edib. “Yeni atəşkəs rejiminin tətbiqi Fələstin xalqının sarsılmazlığının nəticəsi olacaq”, deyə hərəkatın lideri İsmayıl Haniyə qeyd edib.  

Müəllif | Apa.Tv