Zərdabda mal-qara arasında yoluxucu xəstəlik yayılıb

Ölkə ərazisində iri buynuzlu heyvanlar arasında yayılan yoluxucu xəstəliklər Zərdabda da aşkar olunub.  42 kəndi olan rayonun 6 kəndində xəstəliyə yoluxan iri buynuzlulara rast gəlinib.  Zərdab Rayon Baytarlıq İdərəsindən verilən məlumata görə, iri buynuzlularda  xəstəlik aşkarlanmazdan əvvəl bütün heyvanlar dizinfeksiya olunub.

 

Xəstəlik aşkar olunan  iri buynuzlu  heyvanlardan südlük və ətlik kimi istifadəsi qadağan edilib. Onların sağalması üçün müvafiq tədbirlər görülür.

Kənd sakinlərinin sözlərinə görə heyvanlarda  aşkar olunan xəstəliklər vaxtında  müdaxilə olunmasa iri buynuzlular  arasında ölüm halı baş verə bilər.

 

Rayonda  ət kəsimi  xüsusi olaraq  nəzarətə götürülüb bazara gedən iri buynuzlular isə yoxlanaraq göndərilirXatırladaq ki,  Zərdab rayonunda  53  min iri buynuzlu, 204 min xırda buynuzlu heyvan var.

Müəllif | Apa.Tv
Zahid Abışov