Atəşkəs rejimi yenidən pozulub

Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu və Ağdam rayonunun Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. 

Müəllif | Apa.Tv
Apa.tv