Şamaxıda ardıcıl iki zəlzələ olub

Bu gün səhər saatlarında Şamaxıda iki ardıcıl zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən xəbərə görə, ilk zəlzələ yerli vaxtla 09:26-da Qobustandan 24 km qərbdə, Şamaxıda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.2, dərinliyi 5 km olub. Zəlzələ hiss olunmayıb.

 

Növbəti zəlzələ isə yerli vaxtla saat 09:47-də Qobustandan 20 km qərbdə, Şamaxıda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.2, dərinliyi 16 km olub. Bu zəlzələ də hiss edilməyib. 

Müəllif | Apa.Tv
Apa.tv