Kosmosda otel tikiləcək

İngiltərə və Amerika Birləşmiş Ştatları kosmosa səyahət sahəsində ilk beynəlxalq müqavilə imzalayıb. Yaxın vaxtlarda artıq insanlar başqa planetlərə də səyahət edə biləcəklər. Müqavilə Amerika Federal Aviasiya İdarəsi, İngiltərə Nəqliyyat Nazirliyi, İngiltərə Mülki Aviasiya İdarəsi və İngiltərə Kosmos Agentliyi arasında imzalanıb. Müqaviləyə əsasən, tərəflərə aid kosmosa uçan nəqliyyat vasitələrinin Amerika və İngiltərəyə girişi sərbəst olacaq. İnsanların sağlamlığının təmini və nəqliyyat vasitələrinə baxış da ortaq həyata keçiriləcək. APA TV-nin xəbərinə görə, 2 il ərzində kosmosa səyahət uçuşların müntəzəm hala gətirilməsi planlaşdırılır. 10 ildə isə Yer kürəsindən kənarda ilk otelin tikilməsi nəzərdə tutulur. Mütəxəssislər 10-15 il ərzində yalnız kosmos səyahətləri üçün xüsusi hava limanlarının tikiləcəyini ehtimal edir.

 

Müəllif | Apa.Tv