Elektron siqaretlər qadağan oluna bilər

Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin sağlamlıq üçün zərərli ola biləcəyini açıqlayıb. APA TV-nin məlumatına görə, təşkilatın hesabatında bildirilir ki, bu cür siqaretlərin yetkinlik yaşına çatmamış şəxslərə satışı və qapalı məkanlarda istifadəsi qadağan olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, elektron siqaret istehsal edən şirkətlərə məhsulun üzərində “Elektron siqaret sizin siqareti tərgitməyinizə kömək edəcək” sözləri yazmaq qadağan edilməlidir.


Qeyd edək ki, elektron siqaret nikotinlə zənginləşdirilmiş məhlulu buxara çevirir. Nəticədə siqaret çəkən adamın orqanizminə yanmış məhsullar daxil olmur. Lakin ekspertlər hesab edir ki, bu məhlulun sintetik komponentləri də zəhərli ola bilər. Bu gün dünyada 466 brend adı altında elektron siqaret istehsal olunur. Ötən il istehlakçılar elektron siqaret almağa 3 milyard dollardan çox pul xərcləyiblər.

Müəllif | Apa.Tv
Apa.tv