40 il həbsdə yatmış Bakı sakini silahla tutuldu: "Həbsxana yaxşıdır"

7-ci dəfə tutulan Əvvəllər 6 dəfə məhkumluq həyatı yaşamış Vyaçeslav Şapovatov yenidən saxlanılıb. APA TV-nin xəbərinə görə, Nizami RPİ-nin əməkdaşları bu dəfə onu qanunsuz odlu silah saxlamağa və satmağa cəhd etməyə görə yaxalayıblar. Ötən il azadlığa buraxılan Bakı sakini ömrünün 37 il 9 ay  11 gününü həbsdə keçirib.

 

Saxlanılan şəxs həbsxanaya qayıtmağı özü istəyir: "Ora yaxşıdır , yemək, geyim dərdi cəkmirsən". 

 

İdarənin müstəntiqi Əkbər Şəmşirli bildirib ki, Keşlə qəsəbəsində həbs olunan şəxs silahı satmaq istəyərkən əməliyyatcılar tərəfindən tutulub. Onun üzərindən AKM markalı avtomatdan başqa, 2 ədəd patron darağı və 10,3 qram marixuana aşkar edilib.

 

Resedevist adını qazanan Şapatov 7-cı dəfə məhkum olunacaq. 53 yaşlı saxlanılan şəxs ilk dəfə  1978-ci ildə  17 yaşında həbs olunub.

 

Müəllif | Apa.Tv