İti oğurladı, qızı döydü, həbs olundu...

Bakıda 23 yaşlı oğlan it oğurluğuna görə saxlanılıb. Nizami rayonu ərazisində yeniyetmələrin itlə getdiyini görən Tanriverdiyev Yusif  İlham oğlu onları güdüb. Sonra gəzdirmək adı ilə yaxınlaşıb və iti götürərək aradan çıxıb. Zərərcəkən şəxs polisə verdiyi  ifadəsində  oğurlanan itin qiymətinin 2000 manat olduğunu bildirib. 

 

Oğurlanan it tapılaraq sahibinə qaytarılıb. Polis bu şəxsin digər analoji cinayətlərdə iştrakını istisna etmir.

 

APA TV-nin xəbərinə görə, Tanrıverdiyev aralarında yaranan narazılığa görə  tələbə yoldaşı Həsənova Nahidə Pirverdi qızını döydüyündən  barəsində digər icraatda da cinayət işi başlanıb.   

 

Müəllif | Apa.Tv