Talış meşələri quraqlıq təhlükəsi ilə üz-üzə qalıb

Ölkənin Cənub bölgəsində may ayından bəri davam edən quraqlıq təkcə kənd təsərrüfatı bitiklərinə deyil, həmçinin özünəməxsus flora və faunası ilə məşhur olan Talış meşələrinə də ciddi təsir edib. APA TV-nın cənub bürosunun məlumatına görə, susuzluqdan əziyyət çəkən on hektarlarla meşə ərazisi yanaraq tələf olmaq təhlükəsi ilə üzləşib. Mövcud vəziyyətin bu cür davam edəcəyi təqdirdə meşə fonduna ciddi ziyan dəyməklə yanaşı, xəstəliklərin və ziyanvericilərin çoxalması istisna olunmur.

 

Mütəxəssisslərin qənaətincə, respublikanın cənub rayonlarında son 50 ildə avqust ayında bü cür quraqlıq hava şəraiti qeydə alınmayıb.                     

 

Ən acınacaqlı vəziyyət isə adı Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş dəmirağacın quraqlığa məruz qalmasıdır.

 

Müəllif | Apa.Tv