Ukraynada sabiq məmur özünü güllələdi

Ukraynada Dövlət Əmlakı Fondunun keçmiş rəhbəri Valentina Semenyuk-Samsonenko intihar edib.

 

APA TV-nin Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında keçmiş məmurun meyiti öz evindən tapılıb. Onun üzərində güllə yarası aşkarlanlb. Hüquq mühafizə orqanlarının məlumatına görə, qadın ov tüfəngi ilə çənə nahiyəsindən atəş açmaqla intihar edib. Silah Valentina Semenyuk-Samsonenkonun meyitinin yanında olub.

 

Sabiq məmurun meyitini kimin tapdığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

57 yaşlı Valentina Semenyuk-Samsonenko 2005-2008-ci illərdə Dövlət Əmlakı Fondunun rəhbəri olub. O, dörd çağırış xalq deputatı seçilib. Sabiq məmur Ukrayna Sosialist Partiyasının üzvü idi.

Müəllif | Apa.Tv