ABŞ İŞİD-in mövqelərini havadan bombalamağa başladı - MÜHARİBƏ

ABŞ ordusu İŞİD terror təşkilatının İraqdakı mövqelərinə havadan zərbələr endirməyə başlayıb. APA TV-nin məlumatına görə, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) bu gün İŞİD-in Ərbil və Mosul su anbarı yaxınlığındakı mövqelərinin havadan üç dəfə bombardman edildiyini açıqlayıb. Hava hücumları pilotsuz təyyarələr və döyüş təyyarələri vasitəsilə həyata keçirilib. Zərbələr nəticəsində İŞİD-ə məxsus “Humvee” markalı hərbi texnika, bir hərbi maşın və üç zirehli texnika məhv edilib. Bundan başqa İŞİD silahlılarının qərargah kimi istifadə etdiyi bir bina da zərbələrdən ciddi zərər görüb. ABŞ hərbi komandanlığı avqustun 8-dən etibarən İraqda İŞİD terrorçularının mövqelərinə 101 hava zərbəsi endirildiyini bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv