Ziya Məmmədovun qardaşı qızı yol qəzasında dünyasını dəyişdi

Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza magistralın 19-cu km-də, Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Quba rayon sakini, 64 yaşlı Ramiz Almasov “Kia” markalı minik maşını ilə  Xaçmaz rayonu Hülövlü kənd sakini, 52 yaşlı Bəhram Mustafayevin idarə etdiyi at arabasını vurub. Bundan sonra Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini, 58 yaşlı Məhərrəm Cəbiyevin idarə etdiyi “KamAZ" markalı yük maşını  "Kia"nı arxadan vurub. Qəza nəticəsində “Kia”da olan sərnişin, Bakı şəhər sakini, 37 yaşlı Günay Ələsgərova ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

“Garant Holding”dən APA-ya bildirilib ki, hadisə zamanı dünyasını dəyişən Günay Ələsgərova holdinqin Müşahidə Şurasının üzvü Emil Ələsgərovun həyat yoldaşıdır. O, eyni zamanda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızıdır.

 

“Garant Holding” hadisə ilə bağlı başsağlığı mətni yayıb. Holdinqin bütün heyəti Emil Ələsgərova üz vermiş ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığı verib, kədərini bölüşdüyünü bildirib.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Vəli Turan