Kürdə faciə: 17 yaşlı oğlanın meyiti tapıldı

Kür çayında iki nəfər batıb. Onlardan birinin cəsədi tapılsa da, digərinin axtarışları hələ də davam edir. Hadisə Sabirabad rayonu Şıxsalahlı kəndi ərazisində qeydə alınıb. APA TV-nin xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin Şirvan sularda xilasetmə məntəqəsinin xilasediciləri xüsusi avadanlıqlarla hadisə yerinə cəlb olunublar. Xilasedicilər suda batanlardan birinin - 1997-ci il təvəllüdlü Nərimanov Tərlan Azər oğlunun meyitini  taparaq sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər. Digər bir nəfərin axtarışı Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı