Oğurladığı pulları barlarda xərcləyən 17 yaşlı oğlan tutuldu

Bakının Fatmayı və Mehdibad qəsəbələrində oğurluq etməkdə təqsirləndirilən şəxs yaxalanıb. Həmin şəxs Naxcıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olan Novruzov Murad Fərman oğludur. APA TV-nin xəbərinə görə, məlum olub ki, onun qarət etdiyi yerlər əsasən, mağazalar, tikinti materilları dükanları, iaşə obyektləri olub.

 

17 yaşlı Murad Novruzov oğurluq yolu ilə əldə etdiyi pulları gecə həyatına xərclədiyini deyib. Atasının fəhlə olduğunu deyən saxlanılan şəxs imkansızlıqdan bezdiyindən bu yola əl atdığını bildirib. Faktı  Abşeron RPŞ araşdırır.

 

Müəllif | Apa.Tv