Lənkəranda dost dostu pula görə bıçaqladı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Şürük kəndi ərazisində qeydə alınıb. Rayonun Şıxəkəran kənd sakini, 1982-ci il təvəllüdlü Nəvai Nurəddin oğlu Məmmədov rayonun Xanbulan kənd sakini, 1993-cü il təvəllüdlü Kamal Cəlal oğlu Əliyevə şəxsi münasibətlər zəminində bışaqla xəsarət yetirib. Zərərçəkmişin yaxınlarının sözlərinə görə, şadlıq evlərinin birində ofisiant işləyən Nəvainin iş yoldaşı Kamala pul borcu olub. Borcunu ondan tələb edərkən Nəvai bıçağa əl atıb.

 

Yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Hadisəni törətmiş Nəvai Məmmədov könüllü polisə təslim olub.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv