"Neftçi" yubiley matçında da uduzdu
“Neftçi” Avropada növbəti sınağına çıxıb. APA TV-nin məlumatına görə, Serbiyanın “Partizan” klubu ilə Bakıdakı cavab oyunu paytaxt təmsilçisinin taleyinə aydınlıq gətirib. Avropada yoluna davam etmək, tarixində ikinci dəfə qrupda çıxış etmək üçün “Neftçi” qalib gəlməli idi. Amma komandamız öz meydanında 2:1 hesabı ilə məğlub olaraq, qrup mərhələsinin qapısından geri dönüb.
Bakılıların qapısından topu oyunun 24-cü dəqiqəsində Petar Şkuletiç keçirib.
Stadionuna toplaşan "Neftçi" azarkeşlərini oyunun 58-ci dəqiqəsində Vobay ayağa qaldırıb.
Oyunun əsas vaxtına əlavə edilmiş 4 dəqiqədə Serbiya komandası önə keçib. Şkuletiç özünün və komandasının ikinci qolunu vurub.
Beləcə Bakının "Neftçi" futbol klubu doğma meydanında 2-1 hesabı ilə uduzaraq Avropa Liqası ilə vidalaşıb.