“Qarabağ” Avropa Liqasının qrup mərhələsində!

Tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq iddiasında olan “Qarabağ” arzusunu gerçəkləşdirib.

 

APA TV-nin məlumatına görə, Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsini adlayıb.

 

Qurban Qurbanovun yetirmələri cavab oyununda Hollandiyada yerli “Tvente”nin qonağı olub. Bakıda qolsuz bərabərliklə kifayətlənən “Qarabağ” səfərdə "Tvente" ilə 1:1 hesablı bərabərlik əldə edib. Bu hesab komandamıza tarixidə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə adlamaq imkanı verib.

 

Topu ağdamlıların qapısından oyunun 37-ci dəqiqəsində Kastaynos  keçirib.

 

Hollandları oyunun 51-ci dəqiqəsində ağdamlılardan Muarem məyus edib. Bu qoldan sonra oyunda 1-1 hesablı bərabərlik yaranıb.

Oyunda başqa qol olmayıb və beləcə Ağdamın "Qarabağ" futbol klubu Avropa Liqasının qrup mərhələsində oynamaq fürsəti qazazanıb. 

Müəllif | Apa.Tv