Sarayda iki "Mercedes" toqquşub

Abşeron rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəza zamanı Elbrus Məmmədov və Kamil Bayramovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.  Toqquşmanın təsirindən maşınlar yoldakı dəmir ara kəsmələrlə çırpılıb. Qəza nəticəsində sürücülər xəsarət almasa da avtomobillər ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Hər iki avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı Dövlət Yol Polisini Abşeron Rayon Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv