Qax sakini həmkəndlisini döyüb öldürdü

Qax rayon sakini həmkəndlisini döyərək öldürüb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə avqust ayının 28-si axşam saatlarında rayonun Qaşqaçay kəndi ərazisindəki yeməkxanada qeydə alınıb.

 

Qax rayonunun Qaşqaçay kənd sakini, 1977-ci il təvəllüdlü Aydın İsa oğlu Babayevlə həmkəndlisi 1970-ci il təvəllüdlü Azad İsa oğlu Əmrahov birlikdə yeyib-yeyib. Sonra isə onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

 

İlkin məlumata görə, Aydın Babayevin zərbələrinə dözə bilməyən Azad Əmrahov aldığı zərblərin gücündən hadisə yerində ölüb. Aydın Babayev isə hadisə yerindən qaçıb. Keçirilmiş axtarış-əməliyyat tədbiri nəticəsində Aydın Babayev kənd ərazisində tutularaq istintaqa təhvil verilib.

Hadisənin baş verdiyi yeməkxananın sahibi Xəlil Cumaliyev  APA TV-yə verdiyi açıqlamada bildirib ki, Azad Əmrahov və Aydın Babayev yeməkxanaya gəldiyi vaxt artıq içkili vəziyyətdə olublar. Onlar yeməkxanada ancaq pivə sifariş ediblər. Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi başlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv